Bakı,
Azərbaycan
18.07.24
-
17.08.24
İş haqqında məlumat
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;
- İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;
- Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
- Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;
- Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək;
- İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək;
- SƏTƏM üzrə baş mütəxəssis aşağıda qeyd olunanlara nəzarət etməlidir:
- 1.sağlam və təhlükəsiz iş şəraiti təmin etmək üçün tədbirlərin həyata keçirilməsinə;
- 2.əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
- 3.aspirator və havalandırma sistemlərinin işləməsinə;
- 4.qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə, onların işçilər tərəfindən istismar qaydalarına;
- 5.iş yerlərində daimi təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
- 6.işçilərin əməyin mühafizəsi üzrə təlimlərin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
- 7.əməliyyatlar zamanı baş vermiş qəza və bədbəxt hadisələrin hesabatının aparılmasına və araşdırılmasına;
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək.
Tələblər
- Təhsil: Ali təhsilinin olması;
- Təcrübə: Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
- Təşkilati bacarıqlar, təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
- İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
Mühəndislik
Logistika
Elanın müddəti bitmişdir