Bakı,
Azərbaycan
17.10.23
-
16.11.23
İş haqqında məlumat
- İş yerlərində əməyin və ətraf mühitin mühafizəsinə dair işləri əlaqələndirmək və onların həyata keçirilməsi vaxtını müəyyənləşdirmək;
- Müəssisədə əmək qanunvericiliyinin, təhlükəsizlik norma və qaydalarının, eləcədə əməyin və ətraf mühitin mühafizəsi üzrə digər normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
- Müəssisədə əmək təhlükəsizliyi üzrə işçilərin biliklərinin yoxlanılması üçün daimi fəaliyyət göstərən komissiyanın işini təşkil etmək;
- Müvafiq şöbə, xidmət və bölmələrin mühəndis-texniki işçilərini cəlb etməklə ardıcıl olaraq iş yerlərində əmək şəraitini yoxlamaq, pozuntu və çatışmazlıqları aşkar etdikdə onların aradan qaldırılması üzrə səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirmək;
- Müvafiq şöbə və xidmətlərlə birlikdə təzyiq altında işləyən qabların, qurğu və avadanlıqların, həmçinin yükqaldırıcı mexanizmlərin, ventilyasiya qurğularının, xüsusi texnika və avtomobillərin vaxtaşırı texniki baxışdan keçməsinə nəzarət etmək;
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə təmin olunur;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Luxen Plaza (Bakı şəh., Xətai pr. 34).
Tələblər
- Təhsil: Ali (Texniki sahə üzrə);
- Təcrübə: Anoloji sahə üzrə 5 ildən artıq;
- Dil bilikləri: İngilis dili mükəmməl bilməli, rus dili arzu olunandır;
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq sertifikatların olması vacibdir;
- Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (ISO 45001, ISO 14001 və s.) bilməli.
Mühəndislik
Tikinti və təmir