Azprotein Foods Group

SƏTƏM mütəxəssisi

900 - 1200 ₼
Tam iş günü
Bakı, Azərbaycan
11.08.23 - 10.09.23

İş haqqında məlumat

  • Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
  • Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili təlimləri keçirmək;
  • Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
  • İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
  • Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
  • İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək;
  • Şirkətdə ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək;
  • SƏTƏM standartlarını bütün işçi heyətinə tətbiq etmək;
  • Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
  • Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm qabaqlayıcı addımların atılması;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması; 
  • Tələb olunan hesabatların vaxtında və qaydasında təqdim edilməsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Koroğlu metrosundan servis işləyir;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Buzovna qəsəbəsi.

Tələblər

  • Təhsil: Əməyin təhlükəsizliyi və ya müvafiq sahədə minimum bakalavr dərəcəsi;
  • Təcrübə: Sahə üzrə 5-10 il (qida istehsalı müəssisəsində təcrübə üstünlükdür);
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.


Oxşar vakansiyalar