Green City Resort & Residence

SƏTƏM mütəxəssisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
08.08.23 - 07.09.23

İş haqqında məlumat

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi. İş şəraitində riskləri qiymətləndirməsi və ona uyğun tədbirlər planını hazırlaması;
  • İş yerində baş vermiş iş hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik edilməsi;
  • Hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim edilməsi;
  • SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirməsi;
  • Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanması;
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimləri təşkil və təmin edilməsi;
  • İşə qəbul olunan yeni işçilərə, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
  • Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
  • SƏTƏM-ə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq, planının yerinə yetirilməsinə nəzarət;
  • İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının hazırlanmasına nəzarət;
  • İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək;
  • SƏTƏM məsələləri üzrə müəssisənin şöbə rəhbərlərindən müvafiq sənədlər tələb etmək və yoxlamaq, SƏTƏMM üzrə normativ hüquqi aktları pozanlardan yazılı izahat tələb etmək;
  • Nahar və telefon şirkət tərəfindən təmin edilir;
  • Servis xidməti mövcuddur;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Cinsi: Kişi;
  • SƏTƏM üzrə sertifikatı olanlara üstünlük verilir;
  • Məsuliyyətli, nizam-intizamlı.


Oxşar vakansiyalar