Qaya Safety Solutions MMC

Sətəm Meneceri

Ə/h razılaşma ilə 20
Tam iş günü
Bakı, Azərbaycan
19.09.24 - 19.10.24

İş haqqında məlumat

  • Cəmiyyətdə əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarətin təşkil edilməsi;
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi, təhlükəli və zərərli amillərinin parametrlərinin ölçülməsi üzrə işlərin təşkili;
  • Əmək qanunlarına uyğunluqla bağlısiyasət və prosedurların hazırlanması;
  • Əməyin mühafizəsi təlimatlarının, müəssisə standartlarının vaxtında işlənib hazırlanmasını və onlara yenidən baxılmasını təmin edilməsi;
  • İşçi hüquqlarının qorunması və əmək şəraitinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlim proqramlarının hazırlanması və təşkil edilməsi;
  • Ətraf mühitə təsirlərin qiymətləndirilməsi və azaldılması üçün tədbirlərin görülməsi;
  • Potensial təhlükə və risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, risklərin azaldılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Qəza və insident hallarında təcili tədbirlərin görülməsi , hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabatların hazırlanması, birbaşa rəhbərinə və müvafiq orqanlara təqdim olunması;
  • Daxili audit proqramlarının hazırlanması və icrası;
  • Xarici auditlərə hazırlıq və onların keçirilməsində iştirak etməsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ hüquqi aktların tələblərinə ciddi riayət etməsi;
  • İş yeri: Bakı şəhəri və ay ərzində bir neçə dəfə Cəbrayıl rayonuna ezamiyyətə getməli;
  • Vəzifənin tələblərinə uyğun olaraq, işçinin ilk aylarda şöbə işlərinin idarə edilməsi üçün Cəbrayıl rayonunda yaşaması gözlənilir. Bu dövr tamamlandıqdan sonra iş yeri
  • Bakı şəhəri olaraq dəyişdiriləcək;
  • Altıgünlük iş həftəsi;
  • Peşəkar inkişaf imkanları;
  • Tibbi sığorta;
  • Bu vəzifə müxtəlif mühitlərdə, o cümlədən ofis daxilində və açıq ərazilərdə işləməyi tələb edə bilər;
  • Yerli və xarici peşəkarlarla təcrübə mübadiləsi imkanı.

Tələblər

  • Ali təhsil;
  • ISO 45001, ISO 14001 və Beynəlxalq standartlara (NEBOSH / IOSH) malik olması;
  • Tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi (Neft şirkətlərində təcrübəsi olan şəxslərə üstünlük verilir);
  • Təhlükəsizlik, əmək və ətraf mühit üzrə qanunvericilik və tənzimləmələr haqqında bilik;
  • Təlim keçmə və maarifləndirmə bacarıqları;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Yaxşı ünsiyyət və təşkilati bacarıqlar;
  • Azərbaycan dili - səlis, İngilis dili – C2 səviyyədə bilməli, rus dili arzuolunandır;
  • Şirkət tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ezamiyyətə getməyə hazırlıqlı olmalı.