Melissa Group

SƏTƏM

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
25.01.23 - 24.02.23

İş haqqında məlumat

  • İş yerində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
  • İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir;
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir.
  • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir;
  • Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə aparılmalıdır;
  • Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir;
  • İş yerində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir;
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir;
  • İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir;
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir;
  • Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Müvafiq ali texniki təhsil;
  • Təcrübə: Müvafiq vəzifədə 1-3 il;
  • Kompüter bacarıqları: MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
  • Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu;
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi;
  • Planlama, analiz və idarəetmə bacarığı.


Elanın müddəti bitmişdir