Azərbaycan Dəmir Yolları

Sərnişin vaqonunun bələdçisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
18.03.24 - 17.04.24

İş haqqında məlumat

  • Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
  • Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi;
  • Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi;
  • Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
  • Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması;
  • Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
  • Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi;
  • Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
  • Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi;
  • Qatar son məntəqəsinə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi;
  • Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi;
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Tələblər

  • Yaş: 35 yaşadək;
  • Cinsi: Xanım;
  • Təhsil: Minimum təhsil dərəcəsi orta;
  • Dil bilikləri: Rus dili yaxşı, İngilis dili yaxşı;
  • Sərnişin vaqonunun bələdçiləri üçün qaydalar üzrə biliklər;
  • Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər;
  • Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər;
  • Xidmət olunan sahədə dəmir yolu stansiyalarının və düşmə-minmə məntəqələrinin yerləşməsi üzrə biliklər;
  • Bütün tiplərdən olan sərnişin vaqonlarının ümumi quruluşu, yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər;
  • Sərnişin qatarlarının xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər;
  • Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər;
  • Dəmir yollarında sərnişin və baqaj daşınması qaydaları, sərnişin vaqonlarının bələdçisinin təhlükəsizlik texnikası üzrə yaddaş kitabçaları üzrə biliklər;
  • İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər;
  • Uzun məsafəli marşrutlar üzrə sərnişin daşımalarında bələdçilik edən, yolda uzun müddət xidmət edə bilən.


Oxşar vakansiyalar