Baykon İnşaat

Sənədlərə nəzarət üzrə mütəxəssis

600 - 800 ₼
Tam iş günü
Bakı, Azərbaycan
13.03.24 - 12.04.24

İş haqqında məlumat

  • Layihə üzrə şirkətin təmsil edilməsi, müvafiq qurumlarla münasibətlərin qurulması və tənzimlənməsi;
  • Daxil olan zənglərə və elektron ünvanına daxil olan məktublara cavab verilməsi və yönləndirilməsi;
  • Kargüzarlığın (sənədləşmənin) aparılması;
  • Sifarişçinin tələblərinin müvafiq şöbələrə yönləndirilməsi;
  • Tender prosesinin izlənməsi, geri dönüşlərin vaxtında edilməsinə nəzarət;
  • Şirkət daxili və xarici iclasların təşkil edilməsi;
  • Müqavilə, təhvil-təslim və s. sənədlərinin sifarişçinin tələbinə uyğun hazırlanması;
  • Elektron baza üzrə sənədlərin düzgün arxivləşdirilməsinə nəzarət;
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;
  • AR Əmək Məcəlləsinə uyğun sənədləşdirmə;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Cinsi: Qadın;
  • Təhsil: Ali təhsil (İnşaat və mühəndislik ixtisaslarına üstünlük verilir, inşaat sahəsində təcrübə qəbul olunandır);
  • Dil bilikləri: Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalıdır (Rus və ingilis dillərini bilənlərə üstünlük verilir, lakin mütləq deyil);
  • Kompüter bacarıqları: Microsoft Office (One drive, Excel, Word, Outlook-mütləq) proqramlarında yaxşı işləmək bacarığı, 1C və ƏMAS üzrə işləməyi bilənlərə üstünlük verilir;
  • Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti, dəqiq, məsuliyyətli olmalıdır;
  • Stres altında işləməyi bacarmalıdır;
  • Nizam-intizamlı, yüksək ünsiyyət qabiliyyətli olmalıdır.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar