Bakı,
Azərbaycan
09.09.24
-
09.10.24
İş haqqında məlumat
- İnvestisiya təkliflərini təhlil etmək və onlar haqqında həm şifahi, həm də yazılı rəy vermək.
- Özəl sərmayə/infrastruktur fondları və müştərək investisiya (şirkət alışları) təkliflərinin kompleks təhlilini (due diligence) aparmaq;
- Potensial müştərək-investisiyaların (şirkətlərin) dəyərləndirmə modellərini nəzərdən keçirmək, modellərin üzərində həssaslıq və ssenari təhlili aparmaq;
- Lazım gəldikdə, özəl səhmlər bazarında sektoral və coğrafi dəyişikliklər haqqında fikirlər formalaşdırmaq üçün bazar tədqiqatı həyata keçirmək;
- Planlaşdırılan investisiyalar və ya tələb olunan tədqiqat mövzuları haqqında İnvestisiya Komitəsinə prezentasiyalar hazırlamaq və təqdim etmək;
- Mütəmadi olaraq, komandadakı həmkarlarla investisiyalar və digər müvafiq mövzular haqqında həm şifahi, həm də yazılı şəkildə fikirlər paylaşmaq və müzakirə etmək;
- Mövcud və potensial investisiya tərəfdaşlarl ilə əlaqələrin qurulması və saxlanılmasında iştirak etmək;
- Özəl səhm portfelini rüblük olaraq izləmək və aylıq fond üzləşmələrini həyata keçirmək;
- Komandadakı və digər şöbələrdəki həmkarları digər tələb olunan layihə və sorğularda dəstəkləmək.
Tələblər
- Müvafiq sahədə bakalavr dərəcəsi (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat və s.), magistr dərəcəsi üstünlükdür;
- MS Office proqramlarında maliyyə və statistik təhlilləri aparmaq üçün sərbəst işləmə bacarığı;
- Şirkət alqı-satqıları üzrə konsultasiya/tranzaksiya xidmətləri (biznes dəyərləndirmələri, maliyyə yoxlamaları, M&A) və ya şirkət və qurumların investisiya və korporativ maliyyə departamentlərində 1-3 il peşəkar təcrübə arzuolunandır;
- Güclü analitik düşüncə və bazar/sektor araşdırma bacarıqları üstünlükdür;
- Azərbaycan və ingilis dillərində mükəmməl bilik tələb olunur.
İnzibati, Biznes, İdarəetmə
Neft və qaz