SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Şəbəkə sistemləri üzrə aparıcı mühəndis

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
12.08.24 - 11.09.24

İş haqqında məlumat

  • Təhlükəsiz və etibarlı istehsalat texnologiyaları şəbəkə infrastrukturunun layihələndirilməsi və tətbiq edilməsi;
  • Brandmauer, açar, marşruizator və digər şəbəkə cihazlarının konfiqurasiya edilməsi və texniki xidməti;
  • Müntəzəm təhlükəsizlik yoxlamaları və həssaslıq qiymətləndirmələrinin aparılması;
  • Problemləri aktiv şəkildə aşkar etmək və həll etmək üçün şəbəkə monitorinq alətlərindən istifadə edilmesi;
  • Şəbəkə problemlərinin aşkar edilməsi və vaxtında aradan qaldırılması;
  • İstehsalat texnologiyaları infrastrukturu üzrə dəqiq sənədlərin saxlanılması;
  • İstehsalat texnologiyaları və İT şəbəkələri arasında fasiləsiz inteqrasiyanın təmin edilməsi üçün digər qruplarla əməkdaşlıq;
  • İstehsalat texnologiyaları şəbəkəsinin təhlükəsizliyi sahəsində ən son texnologiya və qabaqcıl təcrübələr barədə məlumatlılıq.

Tələblər

  • Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli bir sahədə bakalavr dərəcəsi;
  • Wan, LAN, VLAN, SSL, NAC, IPSec protokolları ilə 5+ illik təcrübə;
  • Modbus, OPC və s kimi sənaye protokolları haqqında biliklər;
  • Brandmauer, müdaxilə aşkaretmə sistemləri (MAS) kimi kibertəhlükəsizlik texnologiyaları haqqında dərin biliklər;
  • CCNP & CCNA kimi şəbəkə mühəndisi sertifikatları arzu olunur;
  • Şəbəkə monitorinq alətləri (Grafana, Zabbix və s.) ilə tanışlıq arzu olunur;
  • Güclü problem həll etmə bacarıqları və müstəqil işləmə qabiliyyəti.
  • Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/sebeke-sistemleri-uzre-aparici-muhendis linkinə keçid edərək müraciət edə bilər.

Elanın müddəti bitmişdir