Veysəloğlu Şirkətlər Qrupu

Şəbəkə inzibatçısı

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
31.05.23 - 30.06.23

İş haqqında məlumat

  • Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir;
  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edir;
  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil edir;
  • Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edir və təkliflər verir;
  • Şəbəkə inzibatçıları tərəfindən eskalasiya olunan sorğuları və məsələləri həll edir;
  • Şəbəkə infrastrukturunda xidmətin, dəyişikliklərin, insidentlərin, dayanıqlığın idarə olunması  proseslərini tətbiq edir;
  • Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edir;
  • Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək;
  • Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək;
  • Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək;
  • Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq;
  • Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək.

Tələblər

  • Təhsil: Ali (kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli sahələrdə);
  • Təcrübə: Müvafiq sahədə minimum 3-5 il;
  • BGP, OSPF kimi marşrutlaşdırma protokolları üzrə biliklər;
  • Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər;
  • SolarWinds, Prtg və s şəbəkə monitorinqi, diaqnostika və analiz alətləri ilə təcrübə;
  • CCNP, CCDP,CCİE sertifikatlaşmaları üzrə dərin biliklər (sertifikatın olması arzuolunandır);
  • JUNOS və Cisco IOS kimi şəbəkə əməliyyat sistemləri ilə iş təcrübəsi;
  • Təşkilatçılıq, liderlik və idarəetmə bacarıqları;
  • Müstəqil işləyərkən tez qərar qəbul etmək bacarığı;
  • Python, Perl kimi dillərdə şəbəkə avtomatlaşdırmasını təmin edəcək səviyyədə skriptinq bilikləri.


Elanın müddəti bitmişdir