Bakı,
Azərbaycan
27.09.24
-
28.10.24
İş haqqında məlumat
- Müəssisənin satış üzrə strateji planlarının işlənib hazırlanmasında iştirak edir, təkliflərini verir; fəaliyyət prosedurlarının layihələrinin tərtib edilməsi və lazım gəldikdə, onlara əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər irəli sürür;
- Satış dövriyyəsinin artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələr, promo aksiya və kampaniyalar barədə təkliflər verir;
- Qiymət siyasətinin inkişafında iştirak edir, müxtəlif amillərdən asılı olaraq endirim sxemləri təklif edir;
- Satış rəqəmləri ilə strategiyanın uğurlu olub-olmadığına rəy verir;
- Məhsulun inkişaf strategiyasına dair təkliflərini verir;
- Rəqiblərin aktivliyinin izlənilməsini təşkil edir;
- Bölmə əməkdaşlarının mütəmadi təlimlərini təşkil edir, onları təlimatlarla tanış edir;
- Potensial xidmət və məhsul alıcılarının müəyyənləşdirilməsi və gələcək satışlar üçün işgüzar əlaqələrin qurulmasını təşkil edir;
- Müştərilərlə görüşlərin keçirilməsi, xidmət və məhsullar haqqında ətraflı məlumatın verilməsi, satış yönümlü təqdimatların keçirilməsini təşkil edir;
- Xidmətlərin göstərilməsi üçün müştərilərlə sənədlərin hazırlanması, aidiyyatı şəxslər tərəfindən təsdiq edilməsi və icrasına nəzarəti həyata keçirir;
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur;
- İşçi illik check up paketi ilə təmin olunur;
- İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.
Tələblər
- Ali təhsil; (Tibbi olması arzuolunandır);
- Yazılı və şifahi səlis Azərbaycan dili biliyi;
- Tibb sahəsində çalışması üstünlükdür;
- Xarici dil (Rus və ya İngilis) biliyi mütləqdir;
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
- Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə.
Satış
Səhiyyə xidmətləri