Hikvision

Satış üzrə mütəxəssis

500 - 1000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
31.08.23 - 30.09.23

İş haqqında məlumat

  • Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların, sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Şirkətin rəhbərliyinin satışla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək;
  • Rəhbərin verdiyi digər tapşırıqların icra edilməsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 10:00 - 19:00;
  • İş yeri: Tehsil Nazirliyinin yanı (Heydər Əliyev mərkəzinin yaxınlığında).

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Korporativ satış sahəsi üzrə ən az 1-2 il;
  • Dil bilikləri: Rus dili advanced, İngilis dili arzu olunan;
  • Kompüter bacarıqları: Ofis proqramlarında işləmə bacarığı;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Korporativ ünsiyyət bacarıqları;
  • İT biliklər (avadanlıq, quraşdırılma, soft bilikləri) videomüşahidə kamera sistemləri , şəbəkə avadanlığı İP və HD TVİ kameralarının satışı sahəsində təcrübə üstünlükdür;
  • Satış sahəsinin nəzəri və praktiki bilikləri.


Oxşar vakansiyalar