Corn Processing Company

Satış üzrə mütəxəssis

Ə/h razılaşma ilə
2024
Tam iş günü
Bakı, Azərbaycan
27.02.25 - 27.03.25

İş haqqında məlumat

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarını aparmaq;
  • Öz işinin təkmilləşdirilməsi üçün təhlillər aparmaq, Kommersiya və Satış şöbəsinin müdirinə təkliflər vermək;
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri görüşlərini planlamaq;
  • Müştərilər ilə görüşlər və təqdimatlar keçirmək;
  • Satışlarla bağlı sənədləşmələrin hazırlanmasında iştirak etmək;
  • Potensial müştərilər haqqında məlumatlar toplamaq və rəhbərliyə təqdim etmək;
  • Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etmək;
  • Müştərilərə aid baza yaratmaq;
  • Bazarda olan rəqibləri mütəmadi araşdırmaq;
  • İşgüzar tədbirlərdə şirkəti təmsil etmək;
  • Bölgələrə ezamiyyə olunaraq müştəri bazasını genişləndirmək;
  • Müəssisədə istehsal olunan yan məhsulların (kəpək, qırıntı, özək, qlüten) satışlarını həyata keçirmək;
  • Tabeçilik: Kommersiya və Satış şöbəsinin müdirinə;
  • Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir;
  • İş vaxtı: I - V günlər 09:00 - 18:00;
  • İş yeri: Bakı şəhəri, Çinar Plaza.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq (Rus dili biliyi mütləq, İngilis dili biliyi arzuolunandır);
  • İribuynuzlu heyvandarlıq , quşçuluq və yem sahəsini bilən şəxslər tələb olunur;
  • Ünsiyyət, inandırma və təqdimetmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və məqsədyönlülük.

Oxşar vakansiyalar