NBA Technologies International

Satış üzrə mütəxəssis

Ə/h razılaşma ilə
2080
Tam iş günü
Bakı, Azərbaycan
29.01.25 - 01.03.25

İş haqqında məlumat

  •  Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
  • Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
  • Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
  • Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Şirkətin təklif etdiyi məhsul və xidmətin inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
  • Daim yeni axtarışlar etmək, şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar rəhbərinə hesabatlar təqdim etmək;
  • Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması;
  • Hesabatların hazırlanması;
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq planlama və proseslərin təhlili;
  • Həftə içi 5 iş günü.

Tələblər

  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
  • Dil bilikləri: azərbaycan, ingilis və rus dili (mütləq);
  • Səlis danışıq qabiliyyəti, Qrammatik yazı yazma bacarığı;
  • Stresə davamlı, Punktual, məsuliyyətli, ünsiyyətcil, kreativ ideyalı, işində çevik və dəqiq olması;
  • Komandada işləmək, problem həll etmə, araşdırma (research), öyrənmə bacarıqları;
  • Reklam materiallarının istifadə qaydası üzrə biliklər;
  • Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı.

Oxşar vakansiyalar