Bakı,
Azərbaycan
14.11.23
-
14.12.23
İş haqqında məlumat
- Müştərilərlə əlaqələr quraraq xidmətlər və icarə haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- İcarə qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Bazarda gedən prossesləri izləmək, müştəri tərəfindən edilən təklif və iradları nəzərə alıb, təhlil etmək;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- Düzgün hədəf auditoriyalarını təyin etmək;
- Xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək.
Tələblər
- Yaş: 25-35;
- Cinsi: Kişi;
- Təhsil: Ali (marketinq və satış sahəsi üzrə);
- Təcrübə: Müvafiq sahədə minimum 3 il (Real Estate, Hospitality);
- Kompüter bacarıqları: MS Office proqramları;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl ünsiyyət qurmaq bacarığı, ingilis və rus dillərini yaxşı bilənlərə üstünlük verilir;
- Güclü təqdimat və satış bacarığı;
- Güclü qərar qəbuletmə bacarığı;
- Komanda mühitində işləmək bacarığı;
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri izləmək bacarığı;
- Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq.
Satış
Peşəkar xidmətlər