Bakı,
Azərbaycan
18.12.24
-
18.01.25
İş haqqında məlumat
- Şirkətin korporativ müştərilərə yönəlmiş satış strategiyasını həyata keçirmək;
- Mövcud korporativ müştəri bazasını idarə etmək və yeni müştəri bazası yaratmaq;
- Potensial müştərilərlə görüşlərin təşkili, ehtiyacların öyrənilməsi və uyğun məhsul təkliflərinin hazırlanması;
- Korporativ müştərilərlə müqavilələrin bağlanması və uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması;
- Məişət texnikası məhsulları üzrə texniki biliklər əsasında müştərilərə dəstək göstərmək;
- Müntəzəm olaraq satış planları hazırlamaq və hesabatlar təqdim etmək;
- Bazar araşdırmaları apararaq rəqib fəaliyyətini təhlil etmək və müvafiq strategiyalar hazırlamaq;
- Satış həcmini artırmaq üçün yeni marketinq və satış strategiyaları inkişaf etdirmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya Marketinq üzrə təhsil üstünlükdür);
- Korporativ satış sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Məişət texnikası və elektronika məhsulları üzrə biliklərə sahib olmaq;
- Şəxsi korporativ müştəri bazasının olması üstünlükdür;
- Danışıqlar aparmaq, satış bağlamaq və müştəri məmnuniyyətini təmin etmək bacarığı;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək (İngilis dili arzuolunandır);
- Komandada işləmək və təzyiq altında effektiv işləmək bacarığı.
Satış
Ticarət