FLY INN BAKU

Satış üzrə icraçı

Ə/h razılaşma ilə 57
Tam iş günü
Bakı, Azərbaycan
15.11.24 - 15.12.24

İş haqqında məlumat

  • Həm daxili ve həm də xarici qonaqlara vaxtında ve nəzakətli xidmətin göstərildiyinə əmin olmaq;
  • Aylıq, rüblük ve illik satış hədəflərinə nail olunmasını təmin etmək;
  • Otel və ticarətlə bağlı təşkilatlar çərçivəsində ticarət sərgilərinə və reklam tədbirlərinə qatılmaq;
  • Müvafiq proqram təminatları çərçivəsində hesab rekvizitlerini, habelə elaqə, fəaliyyət və biznes melumatlarını saxlamaq;
  • Müqaviləni bütün təfərrüatlarının çatdırıldığına ve qonaqların razılıqla yola salındığına əmin olmaq üçün lazımi şöbələr ilə daim elaqə saxlamaq;
  • Tələb olunduqca həftəlik, aylıq, rüblük və illik hesabatlar hazırlamaq;
  • Potensial qonaqlarla görüşlər qurmaq və onların istək və narahatlıqlarını dinləmək;
  • Zənglər, şəbəkələr və sosial media vasitəsi ilə aktiv şəkildə yeni satış imkanları axtarmaq;
  • Satış imkanlarını müəyyən etmək və qonaqların ehtiyaclarını qiymətləndirmək üçün bazar araşdırması aparmaq;
  • ARƏM-nə müvafiq sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);
  • İş qrafiki: birnövbəli (beşgünlük) iş qrafiki;
  • Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası.

Tələblər

  • Satış sahəsində təcrübə;
  • Mehmanxana və ya səyahət agentliklərində ən azı 1 il iş təcrübəsi;
  • Yaş həddi: 25-40 yaş;
  • Azərbaycan, Rus və İngilis dili;
  • Opera və Fidelio (rezervasiya) programını;
  • Yazılı, şifahi ünsiyyət və düşünmə bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
  • Gülərüz və mehriban olmaq;
  • Görüşlərdə iştirak bacarığı;
  • Ezamiyyə üçün uyğun;
  • Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
  • Komandada işləyəbilmək bacarığına sahib olmaq;
  • Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Satış üzrə icraçı” qeyd etməklə e-mail ünvanına göndərə bilərlər.


Oxşar vakansiyalar