Bakı,
Azərbaycan
18.05.23
-
17.06.23
İş haqqında məlumat
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanması;
- Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
- Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
- Satış aksiyaları və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Təhsil: Ali (tibbi təhsili olanlara üstünlük verilir);
- Təcrübə: Satış sahəsində ən az 2 il (tibbi avadanlıq, tibbi material, tibbi xidmətlər və s.);
- Kompüter bacarıqları: MS Office proqramlarını bilən;
- Dil bilikləri: Rus dilində danışıq bacarığı, ingilis dili arzu olunandır;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
- Karyerasını satış sahəsində qurmaq istəyi olan;
- Biznes etikası və biznes görünüşə sahib olan;
- Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən;
- Analitik düşünmə qabliyyəti olan;
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan;
- Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan.
Satış
Səhiyyə xidmətləri