Nur Collection

Satış təmsilçisi

400 ₼ 61
Tam iş günü
Bakı, Azərbaycan
04.07.24 - 03.08.24

İş haqqında məlumat

  • Səliqəli görünüş,gülərüz,aydın və düzgün şifahi nitq və təqdimat qabliyyəti olmalı;
  • Təhkim olunduğu şöbəsini işə hazırlamalı, məhsulları yerləşdirməli, vitrinləri səliqəyə salmalı (ölçü və modellər üzrə), göstərilən qaydalara əsasən məhsul üzərindəki təhlükəsizlik siqnalı və qiyməti düzgün olmalı, məhsulda olan etiket və qiymətlərin mövcudluğuna və uyğunluğuna nəzarət etməli, vitrinlərin təmizliyinə riayət etməli;
  • Mağazada olan mal çeşidlərini, qiymətlərini, ölçülərini, yuyulma və istifadə qaydasını səlis bilməli və materiallarını düzgün tanımalı;
  • Aktiv, çevik və nəzakətli şirkətin standart, prosedur və qaydalarına uyğun olaraq müştəriyə yüksək keyfiyyətli xidmət göstərməli; 
  • Mağazaya daxil olan müştəriləri təbəssümlə salamlayaraq qarşılamalı və tələbatlarına uyğun olaraq düzgün seçim etməyə köməklik göstərməli, məhsulun keyfiyyəti, tərkibi, qiyməti, məhsula qulluq haqqında məlumat verməli və satış prosesi sona çatana qədər müştəriləri müşayət etməlidir;
  • Müştəri ilə olan ünsiyyətdə kəskinlik, səbirsizlik hiss etdirmədən, alınan malların dəyərindən asılı olmayaraq müştərilərə bərabər və təmkinlə xidmət göstərməlidir;
  • Müştərilərlə düzgün ünsiyyətin qurulmasını, məhsullar haqqında dolğun, ətraflı məlumatlaın verilməsini, sualların əsaslandırılmış formada cavablandırılmasını təmin etməlidir;
  • Seçilmiş əsas məhsula uyğun digər məhsulları təqdim etməli;
  • Müştəriləri əlavə aksiyalar haqqında məlumatlandırmalı.

Tələblər

  • Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar;
  • Müştəri xidmət standartlarını və satışın əsaslarını;
  • Məhsullar üçün qoyulan standart və texniki şərtləri, onların əsas və keyfiyyət xüsusiyyətlərini;
  • Satışda olan məhsulların tərkib hissələrini, oxşar məhsullar və müqayisəli xüsusiyyətlər xəttində üstünlükləri;
  • Satış üçün olan mövcud məhsulların çeşidini, pərakəndə qiymətlərini, yuma və ütüləmə qaydalarını;
  • Müştərilərlə korporativ etiket qaydalarına uyğun olaraq ünsiyyət qaydalarını və etikasını;
  • Mağazanın fəaliyyətini tənzimləyən normativ akt və sənədləri (ticarət qaydalarını, istehlakçı hüquqlarının qorunması qaydalarını);
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını;
  • Əmək məcəlləsinə uyğun sənədləşmə.


Oxşar vakansiyalar