Damla Mebel

Satış təmsilçisi

Ə/h razılaşma ilə
Tam iş günü
Şamaxı, Azərbaycan
29.03.24 - 28.04.24

İş haqqında məlumat

  • Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
  • Satışa aparılan  məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları  dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı olaraq təqdim etmək;
  • Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
  • Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
  • Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək;
  • Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir;
  • Şamaxı-Balakən regionları üçün.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə və topdan satış  üzrə 2-3 il iş təcrübəsi;  
  • Təşkilati və analitik bacarıqlar;   
  • Sürücülük vəsiqəsinin (B kateqoriyası) olması mütləqdir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar