Bakı,
Azərbaycan
10.10.23
-
09.11.23
İş haqqında məlumat
- Ümumi biznesin məqsəd və vəzifələrinə uyğun olaraq satış hədəflərini və məqsədlərini müəyyən etmək;
- Hədəflərə çatmaq və ya onları aşmaq üçün satış planlarını və strategiyalarını hazırlamaq;
- Bazarda nüfuzu artırmaq, müştəri bazasını genişləndirmək və satış imkanlarını artırmaq üçün effektiv satış strategiyalarının, taktikalarının və təşəbbüslərin işlənib hazırlanması həyata keçirmək;
- Satışları proqnozlaşdırmaq və real hədəflər təyin etmək üçün satış məlumatlarını, bazar tendensiyalarını və müştəri davranışını təhlil etmək;
- Satış büdcəsini hazırlamaq;
- Satış performansı, bazar tendensiyaları və rəqabət təhlili ilə bağlı fikirləri müəyyən etmək, mütəmadi olaraq satış hesabatları barədə menecment üçün təqdimatlar hazırlamaq;
- Əsas müştərilərlə güclü əlaqələr qurmaq və saxlamaq, onların ehtiyaclarını anlamaq və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək;
- Satış strategiyalarını ümumi biznes strategiyaları ilə uyğunlaşdırmaq üçün marketinq, brend uyğunluğu və digər şöbələrlə əməkdaşlıq etmək;
- Məhsulun inkişafı, qiymətqoyma və reklam fəaliyyətləri ilə bağlı məlumat və rəy vermək;
- Satış komandasına bacarıqlarını, məhsul və satış texnikası ilə bağlı biliklərini artırmaq üçün təlimlər və seminarlar keçirmək;
- Fərdi komanda üzvlərinə performanslarını artırmaq üçün kouçinq və mentorluq etmək;
- Yeni tendensiyalar, rəqiblərin fəaliyyəti və bazar şərtləri ilə bağlı məlumatları yeniləmək;
- Yeni imkanlar, hədəf bazarlar və müştəri seqmentlərini müəyyən etmək üçün bazar araşdırması aparmaq.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: 5 il müvafiq sahədə;
- Dil bilikləri: Rus və ingilis dili biliyi.
Satış
Nəqliyyat