Bakı,
Azərbaycan
02.10.24
-
02.11.24
İş haqqında məlumat
- Ümumi biznesin məqsəd və vəzifələrinə uyğun olaraq satış hədəflərini və məqsədlərini müəyyən etmək; Hədəflərə çatmaq və ya onları aşmaq üçün satış planlarını və strategiyalarını hazırlamaq;
- Bazarda nüfuzu artırmaq, müştəri bazasını genişləndirmək və satış imkanlarını artırmaq üçün effektiv satış strategiyalarının, taktikalarının və təşəbbüslərin işlənib hazırlanması həyata keçirmək;
- Satışları proqnozlaşdırmaq və real hədəflər təyin etmək üçün satış məlumatlarını, bazar tendensiyalarını və müştəri davranışını təhlil etmək. Satış büdcəsini hazırlamaq;
- Satış performansı, bazar tendensiyaları və rəqabət təhlili ilə bağlı fikirləri müəyyən etmək, mütəmadi olaraq satış hesabatları barədə menecment üçün təqdimatlar hazırlamaq;
- Əsas müştərilərlə güclü əlaqələr qurmaq və saxlamaq, onların ehtiyaclarını anlamaq və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək;
- Satış strategiyalarını ümumi biznes strategiyaları ilə uyğunlaşdırmaq üçün Marketinq, Brend uyğunluğu və digər şöbələrlə əməkdaşlıq etmək. Məhsulun inkişafı, qiymətqoyma və reklam fəaliyyətləri ilə bağlı məlumat və rəy vermək;
- Tabeçilikdə olan Satış təmsilçilərindən ibarət komandaya rəhbərlik etmək və idarə etmək;
- Satış komandasının fəaliyyətini yoxlamaq, fərdi və komandanın məqsədlərə doğru irəliləyişini izləmək, satış ölçülərini və KPI-ları (Əsas Performans Göstəriciləri) təhlil etmək. Təkmilləşdirmə üçün sahələri müəyyən etmək və zəruri hallarda düzəldici tədbirləri həyata keçirmək;
- Satış komandasına bacarıqlarını, məhsul və satış texnikası ilə bağlı biliklərini artırmaq üçün təlimlər və seminarlar keçirmək. Fərdi komanda üzvlərinə performanslarını artırmaq üçün kouçinq və mentorluq etmək;
- Yeni tendensiyalar, rəqiblərin fəaliyyəti və bazar şərtləri ilə bağlı məlumatları yeniləmək. Yeni imkanlar, hədəf bazarlar və müştəri seqmentlərini müəyyən etmək üçün bazar araşdırması aparmaq.
Tələblər
- 5 il müvafiq sahədə iş təcrübəsi ;
- Ali təhsil;
- Xarici dil bilikləri (İngilis-dili).
Satış
Maşınqayırma və elektronika