Autolux Azerbaijan LLC

Satış müdiri

Ə/h razılaşma ilə 108
Tam iş günü
Bakı, Azərbaycan
30.08.24 - 29.09.24

İş haqqında məlumat

  • Ümumi biznesin məqsəd və vəzifələrinə uyğun olaraq satış hədəflərini və məqsədlərini müəyyən etmək;
  • Hədəflərə çatmaq və ya onları aşmaq üçün satış planlarını və strategiyalarını hazırlamaq;
  • Bazarda nüfuzu artırmaq, müştəri bazasını genişləndirmək və satış imkanlarını artırmaq üçün effektiv satış strategiyalarının, taktikalarının və təşəbbüslərin işlənib hazırlanması həyata keçirmək;
  • Satışları proqnozlaşdırmaq və real hədəflər təyin etmək üçün satış məlumatlarını, bazar tendensiyalarını və müştəri davranışını təhlil etmək. Satış büdcəsini hazırlamaq;
  • Satış performansı, bazar tendensiyaları və rəqabət təhlili ilə bağlı fikirləri müəyyən etmək, mütəmadi olaraq satış hesabatları barədə menecment üçün təqdimatlar hazırlamaq;
  • Əsas müştərilərlə güclü əlaqələr qurmaq və saxlamaq, onların ehtiyaclarını anlamaq və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək;
  • Satış strategiyalarını ümumi biznes strategiyaları ilə uyğunlaşdırmaq üçün Marketinq, Brend uyğunluğu və digər şöbələrlə əməkdaşlıq etmək. Məhsulun inkişafı, qiymətqoyma və reklam fəaliyyətləri ilə bağlı məlumat və rəy vermək;
  • Tabeçilikdə olan Satış təmsilçilərindən ibarət komandaya rəhbərlik etmək və idarə etmək;
  • Satış komandasının fəaliyyətini yoxlamaq, fərdi və komandanın məqsədlərə doğru irəliləyişini izləmək, satış ölçülərini və KPI-ları (Əsas Performans Göstəriciləri) təhlil etmək. Təkmilləşdirmə üçün sahələri müəyyən etmək və zəruri hallarda düzəldici tədbirləri həyata keçirmək;
  • Satış komandasına  bacarıqlarını, məhsul və satış texnikası ilə bağlı biliklərini artırmaq üçün təlimlər və seminarlar keçirmək. Fərdi komanda üzvlərinə performanslarını artırmaq üçün kouçinq və mentorluq etmək;
  • Yeni tendensiyalar, rəqiblərin fəaliyyəti və bazar şərtləri ilə bağlı məlumatları yeniləmək;
  • Yeni imkanlar, hədəf bazarlar və müştəri seqmentlərini müəyyən etmək üçün bazar araşdırması aparmaq.

Tələblər

  • Təhsil: 5 il müvafiq sahədə iş təcrübəsi;
  • Təhsil: Ali;
  • Dil bilikləri: İngilis dili.


Oxşar vakansiyalar