Bakı,
Azərbaycan
21.07.23
-
20.08.23
İş haqqında məlumat
- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir;
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Anbardan malları qəbul edərkən onların tamlığına, qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır;
- Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq;
- Mağaza meneceri və köməkçisinin göstərişlərini dəqiq, vaxtında və keyfiyyətli yerinə yetirmək;
- Şirkətin daxili nizam intizam qaydalarına əməl etmək;
- Rəhbərliyin göstərişlərini yüksək keyfiyyət və dəqiqliklə yerinə yetirmək.
Tələblər
- Təhsil: Orta və ya ali;
- Təcrübə: Müvafiq sahə üzrə (inşaat məhsulları) 1-3 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
- Elementar riyazi hesablamaları;
- Satış texnikası və prinsiplərini;
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir.
Satış
Tikinti və təmir