Holcim Azerbaijan

Satış məntəqəsinin administratoru

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.10.23 - 16.11.23

İş haqqında məlumat

  • Ona təhkim olunmuş ərazidə şirkət məhsullarını və xidmətlərinin aktiv satışını həyata keçirmək;
  • Gündəlik tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
  • Alıcılardan daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
  • Alıcılara keyfiyyətli xidmətin göstərilməsini təşkil etmək, bu prosesə nəzarət etmək;
  • Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə ciddi nəzarət etmək;
  • Mağazanın fəaliyyətinə aid rəhbərlik qarşısında hesabatların təqdim edilməsi;
  • Mağazada olan satış nümyaəndələrinə düzgün satış strategiyasını öyrətmək və təlim keçmək;
  • Mağazada xidmət standartlarının həyata keçirilməsi;
  • Personala rəhbərlikdən alınan qayda və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
  • Heyətin daxili nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etmək;
  • Satış prosesinin təşkilində mağazanın personalının işini tənzimləmək;
  • Mağaza daxili kampaniyaların hazırlanmasında və keçirilməsində aktiv iştirak etmək;
  • Mağaza gəlirlərini təhlil etmək;
  • Mağazanın fəaliyyətində mövcud xərclərin optimallaşdırılması və azaldılması istiqamətində daima tədbirlər görmək;
  • Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
  • Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək;
  • Məhsulların FİFO üzrə satışının keçirilməsinə nəzarət etmək;
  • OOS tələblərini nəzərə alaraq mal qalıqlarını tənzimləməlidir.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Tikinti sektorunda 1 il arzuolunandır;
  • Dil bilikləri: Rus dili və ya ingilis dili bilikləri mütləqdir;
  • Kompüter bacarıqları: MS Windows, MS Office (Excel, Word), 1C bilikləri arzuolunandır;
  • Yüksək təşkilatı bacarıqlara (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) sahib olmalıdır;
  • Satış texnikası və prinsiplərini bilmək;
  • Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
  • İşgüzar davranış etikası;
  • Məsuliyyətli, dəqiq ( punktual), inkişafa meyilli, məqsədyönü olmalıdır;
  • “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması (şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır).


Oxşar vakansiyalar