Azimut LLC

Satış menecerinin assistenti

500 ₼ 952
Tam iş günü
Bakı, Azərbaycan
08.01.25 - 31.01.25

İş haqqında məlumat

  • Price-list-ə daxil çeşidin tam öyrənilməsi,
  • İş alətlərinin tam öyrənilməsi – satış proqramı, outlook, excel;
  • İstehsal prossesi ilə ilkin tanışlıq;
  • Satışın həyata keçirilməsi;
  • Sifarişlərin mail ilə və ya şifahi qəbulu;
  • Sifarişin müştəri ilə dəqiqləşdirilməsi;
  • Sifarişin qaimələşməsi və ya təklifin hazırlanması;
  • Təklifin izlənilməsi və sifarişə çevrilməsinin təmin olunması;
  • Sifarişin anbarda toplanıb müştəriyə tam təhvilinin icrasına vaxtaşırı nəzarət;
  • Geri qaytarılmış məhsulların Anbar Qaytarma blankının yazılması və yeni məhsul ilə əvəzlməsinin tənzimlənməsi;
  • Satılmış məhsullara aid sənədlərin skan olunması, sistemə yerləşdirilməsi;
  • Müştəri istəkləri ilə bağlı digər işlər;
  • Müştərilərlə il ərzində 2 dəfə görüş keçirilməsi;
  • Növbəti aylarda bonus sisteminə keçid performansa uyğun dəyərləndiriləcək;
  • İş/Fəaliyyət istiqaməti – Reklam və Poliqrafiya məhsulları/həlləri;
  • Əmək haqqı + bonus. Tam rəsmidir;
  • İş vaxtı 9.00 – 18.00;
  • Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).

Tələblər

  • Ali təhsil (Rusiya, Ukrayna kimi ölkələrdə qiyabi təhsil qəbul edilmir);
  • Azərbaycan dili əsas tələbdir, Rus dili üstünlükdür;
  • Ofis proqramlarında iş bacarığı (Excel, PP əsasən);
  • Satış təcrübəsi üstünlükdür;
  • İnternetdə axtarış qabiliyyəti.


 


Oxşar vakansiyalar