Bakı,
Azərbaycan
16.12.24
-
16.01.25
İş haqqında məlumat
- Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi,bütün şirkət siyasətlərinə və prosedurlarına riayət edilməsi;
- Mövcud və yeni müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli;
- Məhsulların satışı,onlar haqda satış nöqtələrində treninqlərin kecirilməsi, məhsulun tədbiq sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsul və onların istifadəsi barəsində məlumatların verilməsi;
- Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satışların həyata keçirilməsi;
- Şirkətin strategiyasına sadiq qalmaq,hər il verilən biznes və inkişaf məqsədləri çərçivəsində bacarıq və qabiliyyətlərinin artırılması;
- Gündəlik hesabatları, müştəri haqqında məlumatları, həftəlik (aylıq) plan və tələb olunan hesabatların rəhbərliyə təqdim edilməsi;
Tələblər
- 25-35 yaş bəylər və xanımlar;
- Mühəndislik və dizayn sahəsində təhsil almış (üstünlük verilir);
- Yüksək ünsiyyət bacarığı, satışda müvəffəqiyyət və hədəf yönümlü inkişaf;
- Nəticəyə istiqamətlənmiş, dinamik, energetik , ünsiyyət qurmaq və özünü ifadə etmək bacarığı;
- Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşmaların olması;
- Azərbaycan və Rus dili biliyi mütləq, MS Office proqramlarında işləmək bacarığı;
- Şəxsi nəqliyyat vasitəsinin olması vacibdir;
- Zəhmət olmasa Cv-lərinizi qeyd edilmiş elektron poçt ünvanına Satış meneceri başlığıyla göndərin.
Satış
Ticarət