Bakı,
Azərbaycan
22.02.23
-
24.03.23
İş haqqında məlumat
- Satış göstəricilərinə dair hesabatların yaradılması, yenilənməsi və təhlili (gündəlik, həftəlik, aylıq, illik);
- Satışa dair proqnozların və risk təhlilinin təqdim olunması;
- Satışa aid bonusların hasablanmasına dair olan hesabatların təqdim edilməsi, satış bonusların hesablanması;
- Hesabatların keyfiyyətli hazırlanması, maraqlı təqdim olunması və avtomatlaşdırılması ilə bağlı daim təkliflər verilməsi;
- Menecment tərəfindən verilən kommersiya hesabatlarına və analizlərə aid olan əlavə tapşırıqların düzgün və vaxtında yerinə yetirilməsi;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi və yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur,siyasət və təlimatlara uyğun həyata keçirmək;
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Tələblər
- Təhsil: Ali (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, Kibernetika, Statistika üzrə);
- Təcrübə: Uyğun sahələrdə 1-2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilməsi;
- Kompüter bacarıqları: MS Excell (PowerPivot, Macros) yüksək səviyyədə, statistik təhlil və böyük həcmdə məlumat ilə işləyən ən azı bir proqramın orta səviyyədə bilməsi (SQL, Stata, SPSS, SAS, R);
- Mükəmməl analitik, problem həll etmə və tədqiqat bacarıqları;
- Mükəmməl təşkilatçılıq və ünsiyyət bacarıqları;
- Peşəkarlıq, yüksək şəxsi keyfiyyətlər və komanda oyunçusu;
- Müştəri yönümlü düşünmə qabiliyyəti;
- Bir çox işləri eyni zamanda, verilən vaxtda yerinə yetirilməsi;
- Müstəqil iş görmə bacarığı;
- İT mütəxəssisləri ilə səmərəli ünsiyyət və müştəri ilə texniki işçilərin arasında yaranan boşluqları uğurla tamamlama bacarığı.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] göndərə bilərsiniz.
İnzibati, Biznes, İdarəetmə