Halal-P MMC

Satınalmalar üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
23.04.24 - 23.05.24

İş haqqında məlumat

  • Təchizatçılar ilə əlaqələrin qurulması;
  • Satınalma sənədlərinin hazırlanma bacarığı;
  • Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
  • Xarici logistikanı bilməli;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
  • Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
  • Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı;
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
  • Satınalma müqavilələrini  hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
  • Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək;
  • Sifariş verilən  malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;
  • Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
  • Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Dil bilikləri: İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı mütləqdir;
  • Kompüter bacarıqları: MS Office proqram biliklərin olması vacibdir;
  • Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların  ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir);
  • İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək;
  • Bazarı təhlil etmək bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;
  • İnkişaf və davamlı öyrənmək istəyi;
  • Qayğı göstərmək və kömək etmək istəyi;
  • Dürüstlük və ədalətli mübadilə.


Oxşar vakansiyalar