Grand Agro MMC

Satınalmalar üzrə komanda rəhbəri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
03.04.24 - 03.05.24

İş haqqında məlumat

  • Sorğular əsasında məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
  • Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Xarici və yerli satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
  • Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması, təkliflərin alınması və qiymətləndirilməsi;
  • Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;
  • Planların tərtib edilməsi və satınalmaların əsaslandırılması;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  • Təchizatçılarla müqavilələrin bağlanması üçün hüquq şöbəsinə müraciət və prossesə nəzarət;
  • 1C proqramında sorğu əsasında PO yaradılması;
  • Tender Prossesinin aparılması və sənədləşməsi;
  • İş bölgülərin bölgüsünü həyata keçirmək və həftəlik hesabatların verilməsi;
  • Son istifadəcilər ilə mütəmadi münasibətlərin gücləndirilməsi və tələblərin düzgünlüyünə köməklik göstərmək;
  • Təchizatçıların bazasının mütəmadi yeniləmək və təchizatçı firmalarla danışıqlar aparmaq;
  • İllik satınalma planına əsasən satın alınacaq mallar (işlər, xidmətlər) üçün qiymət araşdırmasının aparılmasını təmin etmək;
  • Satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təşkil etmək.

Tələblər

  • Təhsil: Ali (İnzibati idarəetmə, iqtisadiyyat, təchizat zənciri);
  • Təcrübə: Əlaqədar sahədə 3-5 il;
  • Dil bilikləri: Azərbaycan dili ana dili, İngilis dili və Rus dili üstünlük verilir;
  • Kompüter bacarıqları: MS Office, 1C;
  • Sertifikasiya: CIPS sertifikasiyasının olması üstünlükdür;
  • Satınalma, müqavilələrin tərtibatı, logistika prinsip və qaydaları haqqında məlumat;
  • Bazar araşdırması bacarıqları və müqayisəli təhlil bacarığının olması.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar