Bakı,
Azərbaycan
09.10.23
-
08.11.23
İş haqqında məlumat
- Potensial təchizatçıları müəyyən etmək üçün bazar araşdırması aparılması;
- Baş ofisin satınalma direktivləri ilə uyğun gələn qaynaq strategiyalarını hazırlamalı və həyata keçirməli;
- Xərclərə qənaət edən təşəbbüslər irəli sürməli, təchizatçıların idarə edilməsi və uyğunluq qaydaları da daxil olmaqla müxtəlif mövzularda baş ofisin satınalma strukturu ilə əməkdaşlıq etməli;
- Münasib şərtlərə nail olmaq üçün təchizatçılarla müqavilə danışıqlarına nəzarət etməli;
- Təchizatçıların şərtlərə, vəziyyətə və performans meyarlarına cavab verməsini təmin etmək üçün müqavilələri idarə etməli;
- Keyfiyyəti, etibarlılığı və səmərəliliyi təmin etmək üçün təchizatçı əlaqələri saxlamalı və idarə etməli;
- Satınalma fəaliyyətlərinin sənaye və şirkət standartlarına uyğun olmasını təmin etməli;
- Baş ofisin satınalma metrikləri və əsas səmərəlilik göstəricili ilə uyğunlaşan hesabatlar və analitiklər yaratmalı;
- Layihə və əməliyyat məqsədləri, habelə qərargahın satınalma məqsədləri ilə uyğunlaşdırmaq üçün mühəndislik, logistika və maliyyə kimi müxtəlif şöbələrlə əməkdaşlıq etməli;
- Baş ofisin satınalma üzrə ən yaxşı təcrübələrinə uyğun olaraq təkmilləşdirilmə imkanları üçün satınalma prosedurlarını və texnologiyalarını davamlı olaraq qiymətləndirməli;
- Baş ofisin satınalma strukturu və digər müvafiq departamentlərlə əməkdaşlıqda satınalma risklərinin qiymətləndirilməsi və azaldılması;
- Satınalma üzrə mütəxəssis(lər)i istiqamətləndirməli və idarə etməli.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq istiqamət üzrə 7 il;
- Dİl bilikləri: İngilis dili;
- Kompüter bacarıqları: Microsoft Excel, Microsoft Word, Microsoft Outlook proqramında işləməyi bacarmalı;
- Məsuliyyət, nizam-intizam;
- Şifahi özünüifadə;
- Dürüstlük;
- Etik davranış;
- Peşəkarlıq;
- Satınalma proqramları və alətləri haqqında;
- Müvafiq sənaye sahəsində qaydalar və standartlar barədə biliklər.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_posting_apply?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEEyQkYxOTkxNjAyMUVERTk4RDNFNzBGMDlEMDQwMzcmY2FuZF90eXBlPUVYVA%3d%3d&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-WD-CONFIGID=ZHCM_WDC_ERC_UNREG_DEF# linkinə keçid edərək müraciət edə bilər.
Satınalma
Neft və qaz