Bakı,
Azərbaycan
16.05.23
-
15.06.23
İş haqqında məlumat
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi;
- Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
- Sifarişçi və ya son istifadəçi ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi və s;
- İş yeri: Novxanı.
Tələblər
- Təhsil: Ali (iqtisadiyyat, maliyyə və ya biznesin idarəedilməsi);
- Təcrübə: Tələb olunmur;
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili orta;
- Kompüter bacarıqları: Microsoft Office proqramı ürə biliklər;
- Satınalma müqavilələrinin tərtibatı haqqında ümumi anlayış;
- Analitik düşünmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Planlama və təşkilatçılıq;
- Bazar, rəqabət, fürsət və təhlükələri görmə;
- Qiymətləndirmə bacarığı;
- Tədarükçülərlə iş bacarığı.
Satınalma
Dizayn