Azercosmos

Satınalma üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
15.03.23 - 14.04.23

İş haqqında məlumat

  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və  müvafiq formanın təsdiq etdirilməsi;
  • Müəssisənin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşməsində iştirak;
  • Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
  • İxtisaslaşmış mal göndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
  • Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
  • Tenderin nəticəsi ilə bağlı bildirişin və  müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
  • Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
  • Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
  • Müqavilə imzalanması ilə bağlı qalib və digər iştirakçı təşkilatlara bildirişlərin göndərilməsi və podratçı təşkilatların təqdim etdiyi təminatların geri qaytarılması prosesinin həyata keçirilməsi;
  • Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması;
  • Xərclərin azaldılması məqsədilə təkliflərin verilməsi;
  • Müqavilələrin icrasına və şərtlərinin yerinə yetirilməsinə nəzarət.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, ingilis dili arzuolunandır;
  • Kompüter bacarıqları: Word, Excel proqramları ilə işləmək bacarığı olmalıdır;
  • Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
  • Etender.gov.az portalından istifadə təcrübəsi.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar