Bakı,
Azərbaycan
06.03.25
-
06.04.25
İş haqqında məlumat
- Tələb olunan malların və xidmətlərin alışı istiqamətində cəmiyyətin mənafeyinə uyğun tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
- Bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq;
- Bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
- Yerli və xarici bazarın monitorinqini aparmaq;
- Zavod üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərmək;
- Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil etmək;
- Tələb olunan mal - material və xidmətləri prosedura əsaslanaraq vaxtında çatdırmaq;
- Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərini xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
- Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
- Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;
- İş vaxtı: I - V günlər 09:00 - 18:00;
- İş yeri: Bakı şəhəri.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq, Rus dili biliyi yüksək səviyyədə, İngilis dili biliyi arzuolunandır.
Satınalma üzrə mütəxəssis
İstehsal