Sea Breeze Resort & Residences

Satınalma üzrə mütəxəssis

1500 ₼ 1480
Tam iş günü
Bakı, Azərbaycan
27.12.24 - 27.01.25

İş haqqında məlumat

  • Satınalma strategiyasının hazırlanması, idarə edilməsi və həyata keçirilməsi;
  • Şirkət daxili satınalma prosedur və əmrlərinə riayət olunmasına nəzarət;
  • Etibarlı podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinə rəhbərlik və nəzarət;
  • Daxili və xarici bazarların araşdırılması mexanizminin təşkili və idarə olunması;
  • Mal-material və ya xidmətlərin tələblərə uyğun təşkilinin sona çatdırılması;
  • Podratçı və tədarükçülərin performansının analizi;
  • Satınalma prosesini vaxtında və prosedurlara uyğun təşkil və icra etmək;
  • Təchizat sifarişlərinin təşkili və idarə olunması, həmçinin müvafiq hesabatların hazırlanması;
  • Tikinti-istismar üzrə satınalma və təchizat prosesində praktiki təcrübənin tətbiqi;
  • Təchizatla bağlı ödənişlərin, qərarların təsdiqlənməsi və hesabatlarının hazırlanması;
  • Təchizatçı bazasının hazırlanması, təhlili və tenderlərin təşkil edilməsi;
  • Məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılması;
  • Müqavilələrin hazırlanması, həyata keçirilməsi və nəzarətdə saxlanılması;
  • Müqavilə şərtlərinin hüquq şöbəsi ilə razılaşdırılması.

Tələblər

  • Ali təhsil (müvafiq sahə üstünlükdür);
  • Ən az 3 il satınalma sahəsində iş təcrübəsi;
  • Müvafiq sahədə sertifikatların mövcudluğu üstünlükdür;
  • MS Office (Word, Excel, PowerPoint, 1C, AutoCad) proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; ingilis dili üstünlükdür;
  • Məsuliyyətli, dəqiq və çalışqan olmaq;
  • Komanda ilə işləmə və ünsiyyət bacarığı;
  • Problemləri həll etmə və təhlil etmə qabiliyyəti;
  • Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.