Bakı,
Azərbaycan
02.12.24
-
02.01.25
İş haqqında məlumat
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Cəmiyyətin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşdirilməsində iştirak etmək;
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılmasını və qısa vaxtda təkliflərin əldə edilməsini təmin etmək;
- Zərurət yarandıqda ixtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanmasını və onlara dəvət məktublarının göndərilməsini təmin etmək;
- Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək: sifarişin analizi, sifarişçi şöbələrlə detalların müəyyən edilməsi, sistemə düzgün yerləşdirilməsində lazımi dəstəyin verilməsi, nəzarətdə saxlanması, hesabatın hazırlanması və sifarişin bağlanması;
- Kataloqlar, internet və sosial media kimi mənbələrdən istifadə etməklə yeni tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla müzakirələr aparmaq;
- Lazımi materialları / xidmətləri daxili və xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimində, yazışmaların və danışıqların aparılmasında, görüşlərin təşkilində iştirak etmək;
- Ezamiyyə imkanları;
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küç 73.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili,yaxşı səviyyədə İngilis dili və ya Rus dili;
- MS Office proqramları üzrə biliklər;
- Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
Satınalma
Mühəndislik