Green Tech

Satınalma üzrə mütəxəssis

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
17.09.24 - 17.10.24

İş haqqında məlumat

  • Daxili təchizatın, tədarükçülərlə əlaqəli işlərini təşkil edir;
  • Yerli və xarici tədarükçülərlə və təchizatçılarla müqavilələrin bağlanmasını təmin edir;
  • Potensial tədarükçülərin və təchizatçıların araşdırılmasını aparır;
  • Bazar araşdırması aparır və bu barədə birbaşa rəhbərini məlumatlandırır;
  • Alış sifarişləri, müqavilələri və düzəlişləri hazırlayır, gündəlik sənədləşmə işlərini həyata keçirdir;
  • Müvafiq malların keyfiyyət üzrə sertifikatlarının təqdim edilməsini tələb edir; 
  • Tədarükçülər və təchizatçılardan təklifləri toplayır;
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirdir, satınalma sifarişlərini hazırlayır;
  • Servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş qrafiki: 08:00-17:00 ( beş günlük iş həftəsi);
  • Iş yeri Binə qəsəbəsində yerləşir;

Tələblər

  • Ali təhsil ( Texniki və iqtisadi elmlər sahəsi üzrə );
  • Müvafiq sahədə 3 ildən çox  iş təcrübəsi ( istehsalat sahələri arzu olunandır);
  • Microsoft office proqramlarından və 1C sərbəst istifadə bacarığı;
  • Rus dilli, İnglis dili( arzu olunandır);
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Elanın müddəti bitmişdir