Araznet MMC

Satınalma üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
10.06.24 - 10.07.24

İş haqqında məlumat

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlərin vaxtında təqdim olunması);
  • Təhlillərin aparılması və hesabatların hazırlanması.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə iş təcrübəsi 1-3 il;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook);
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis (yüksək səviyyədə);
  • Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • Məsuliyyətlilik,  planlaşdırmaq, komandada işləmək bacarıqları;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları.


Oxşar vakansiyalar