Norm ASC

Satınalma üzrə mütəxəssis

Ə/h razılaşma ilə 121
Tam iş günü
Bakı, Azərbaycan
08.02.24 - 09.03.24

İş haqqında məlumat

  • Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması, tədarükü;
  • Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi;
  • Hər bir kateqoriya üzrə alışların CMP (Kateqoriya İdarəolunması Planı) hazırlanması, kateqoriya daxilində proseslərin CMP-də müəyyən edilmiş tapşırıq və hədəflər üzrə müvafiq olaraq həyata keçirilməsi;
  • Kateqoriyanın İdarəolunması prinsiplərinə uyğun olaraq təchizatçıların ilkin və təkrar qiymətləndirilməsi prosesində iştirak etmə;
  • Təchizatçı siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial təchizatçıların araşdırılması, təchizatçıların ofis və sahələrinə səfərlər etməklə təchizatçıların qiymətləndirilməsi və satınalma şərtlərinin uyğunlaşdırılması, fərdi sifarişlər, həmçinin uzunmüddətli alışlar üçün alış qiyməti və şərtləri ilə bağlı təhlillərin aparılması  və danışıqların həyata keçirilməsi, əsas və strateji təchizatçılarla kommersiya şərtlərinin razılaşdırılması;
  • Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması;
  • Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün maliyyə şöbəsinə təhvil verilməsi;
  • Təchizatçı performansının qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün rəylərin alınması, sorğularının keçirilməsi və tövsiyələrin verilməsi;
  • Müvafiq  kateqoriyaya aid layihələrin müəyyən edilmiş zaman çərçivəsində və keyfiyyətlə icrası və idarə edilməsi;
  • Lazım olduqda təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması;
  • Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi;
  • İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var).

Tələblər

  • Təhsil: İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür);
  • Təcrübə: Təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Orta səviyyədə ingilis dili biliyi;
  • Kompüter bacarıqları: MS Office kompüter proqramı üzrə bacarıqlar;
  • CIPS və ya buna bənzər sertifikatın olması arzu olunandır;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
  • Bütövlük;
  • Yenilikçilik.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar