Bakı,
Azərbaycan
23.10.23
-
22.11.23
İş haqqında məlumat
- Cəmiyyətin şöbə, departament və struktur bölmələrindən əldə olunan məlumata əsasən mallara (işlərə, xidmətlərə) olan illik tələbatı proqnozlaşdırılmasında iştirak edir;
- İllik satınalma planına əsasən satın alınacaq mallar (işlər, xidmətlər) üçün tədarükçü şirkətlərdən qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilini aparmaq və optimal təklifi müəyyən edir;
- Satınalma prosesini vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edir;
- Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən şərtlər toplusunu hazırlanmasında iştirak edir;
- Dövlət satınalmalarının vahid internet portalında satınalma prosedurları ilə bağlı zəruri məlumatları yerləşdirir və portala nəzarət edir;
- Satınalma ilə bağlı keçirilən müsabiqə barədə rəsmi dövlət qəzetində elan və bildirişləri yerləşdirir;
- Malların (işlərin, xidmətlərin) alışı üçün tərəflərin öhdəliklərini müəyyənləşdirən müqavilə layihəsinin hazırlanmasında iştirak edir;
- Şöbənin fəaliyyəti əlaqədar digər təşkilatlarla yazışmaları hazırlayır və onların göndərilməsini təşkil edir;
- Rəhbərliyə satınalma prosedurlarının nəticəsi haqqında hesabatı hazırlayır;
- Xidməti tapşırıqları vaxtında, dəqiq və keyfiyyətlə yerinə yetirir;
- Departament direktorunun göstərişi ilə aparıcı mütəxəssisin səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirir.
Tələblər
- Təhsil: Ali (İqtisadiyyat, biznes və ya digər müvafiq sahə üzrə ən azı bakalavr dərəcəsi);
- Təcrübə: 7 ildən artıq;
- Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə), rus dili və ingilis dili bilikləri üstünlükdür;
- Kompüter bacarıqları: Microsoft Office, ERP (SAP);
- Azərbaycan Respublikasının Dövlət Satınalmaları haqqında qanunu bilmək;
- Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri;
- Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Satınalma
Rabitə xidmətləri