Matanat A

Satınalma üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə 157
Tam iş günü
Bakı, Azərbaycan
30.05.24 - 29.06.24

İş haqqında məlumat

  • Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  • İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
  • Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
  • Alınan malların keyfiyyətinə nəzarət;
  • Tədarükçü şirkətlərin  qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
  • Sifarişlər üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
  • Sifariş olunan məhsulların qeydiyyatına və digər sənədlərə nəzarətin edilməsi;
  • Korporativ nömrə verilir;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Baş Ofis – Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı).

Tələblər

  • Təhsil: Ali (bakalavr);
  • Kompüter bacarıqları: MS Office (Word, Excel);
  • Dil bilikləri: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
  • Təcrübə: Minimum 3  il;
  • Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
  • Satınalma sənədlərini hazırlama qabiliyyəti;
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
  • Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar