Baku Bus

Satınalma şöbəsinin müdiri

2450 ₼
Tam iş günü
Bakı, Azərbaycan
08.05.24 - 07.06.24

İş haqqında məlumat

  • Cəmiyyətin daxili satınalma qaydalarına, “Dövlət satınalmaları haqqında” Qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarının təşkil edilməsi;
  • Satınalma planının hazırlanması və icra edilməsi; 
  • Effektivliyi və səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün uzunmüddətli hədəfləri təyin etmək;
  • Anbarların fəaliyyətini koordinasiya etmək. 
  • Anbar təsərrüfatı istehsal-təsərrüfat fəaliyyətinə nəzarət həyata keçirmək;
  • Mal-materialların qəbulu, saxlanması və buraxılması və məqsədəuyğun şəkildə yerləşdirilməsi, saxlanma rejiminə riayət edilməsi üzrə işə nəzarət etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından müdafiə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərinin aparılmasına nəzarət etmək;
  • Daxili təminat və sifarşlərin zamanında və düzgün şəkildə təmin edilməsini işini təşkil etmək;
  • Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Xarici satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
  • Cəmiyyətdə qəbul edilmiş və şöbənin işini tənzimləyən bütün daxili normativ-hüquqi sənədlərə və iş prosedurlarına qeyri-şərtsiz riayət etmək;
  • Şöbə üzrə meydana çıxan digər məsələlərin həlli;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Göstərilən vəzifə üzrə iş təcrübəsi: müvafiq vəzifə üzrə 5 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
  • Kompüter bacarıqları: Yaxşı səviyədə MS Office bilikləri; 
  • Ümumi və Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Təqdimat və təsiretmə bacarığı;
  • Vaxtın idarəedilməsi bacarığı;
  • Problem həlletmə bacarığı.


Oxşar vakansiyalar