Bakı,
Azərbaycan
16.08.23
-
15.09.23
İş haqqında məlumat
- Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;
- Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Xarici və yerli təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daima yeniləmək;
- Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların cəlb edilməsi;
- Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
- Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
- Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
- Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək;
- Vəzifə təlimatı üzrə lazım olduğu təqdirdə ezamiyyətlərə gedə bilmək.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq vəzifə üzrə 3-5 il (tikinti sahəsi üzrə iş təcrübəsi olmalıdır);
- Dil bilikləri: İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığı olmalı.
Satınalma
Tikinti və təmir