Qala Group

Satınalma departamentin rəhbəri

Ə/h razılaşma ilə 76
Tam iş günü
Bakı, Azərbaycan
04.11.24 - 04.12.24

İş haqqında məlumat

  • Satınalma departamentinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və idarə etmək;
  • Komandanın gündəlik işlərinin koordinasiya olunması və effektiv iş bölgüsünün aparılması;
  • Departamentin strateji planlarını və hədəflərini müəyyən etmək və bu planların həyata keçirilməsinə nəzarət etmək;
  • Satınalma strategiyalarının şirkətin ümumi məqsədlərinə uyğun olmasını təmin etmək;
  • Təchizatçıları seçmək və qiymətləndirmək üçün meyarların müəyyən edilməsi və tətbiqi;
  • Etibarlı və keyfiyyətli təchizatçı şəbəkəsinin qurulması və idarə olunması;
  • Təchizatçılarla müqavilələrin müzakirəsi, şərtlərin müəyyən edilməsi və müqavilələrin bağlanması;
  • Müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək və müqavilə pozuntularının qarşısını almaq;
  • Ən əlverişli qiymətlərin və şərtlərin əldə edilməsi üçün danışıqların aparılması;
  • Satınalma büdcəsinin müəyyən edilməsi, xərclərin monitorinqi və büdcəyə uyğun hərəkət etmək;
  • Departamentin performansını qiymətləndirmək və inkişaf sahələrini müəyyən etmək;
  • Satınalma fəaliyyətləri və nəticələri barədə müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Təchizat prosesində potensial risklərin və maneələrin aşkarlanması və bu risklərin idarə edilməsi;
  • Satınalma proseslərinin hüquqi və etik normalara uyğun həyata keçirilməsini təmin etmək;
  • Proseslərin avtomatlaşdırılması və satınalma əməliyyatlarının daha səmərəli şəkildə həyata keçirilməsi üçün müasir texnologiyaların tətbiqi;
  • Departamentin iş proseslərinin optimallaşdırılması və effektivlik səviyyəsinin artırılması;
  • Satınalma komandası üçün motivasiyaedici mühit yaratmaq və komandanın inkişafına dəstək vermək;
  • İşçilərin peşəkar təlimi və inkişafı üçün tədbirlər görmək;
  • Daxili müştərilərlə və digər departamentlərlə effektiv əməkdaşlığın qurulması;
  • Tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi və uzunmüddətli işgüzar əlaqələrin inkişaf etdirilməsi.

Tələblər

  • Biznesin idarə edilməsi, maliyyə, logistika və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi;
  • Satınalma və ya əlaqəli sahədə ən azı 5-10 il iş təcrübəsi;
  • Rəhbər vəzifələrdə (departament rəhbəri və ya menecer kimi) iş təcrübəsi arzuolunandır; Problemləri təhlil etmək və kompleks məsələləri həll etmək qabiliyyəti;
  • Effektiv strateji planlama və qərar qəbul etmə bacarığı;
  • Səmərəli şərtlər və qiymətlər əldə etmək üçün bazar analizi və tədqiqat aparmaq qabiliyyəti;
  • Effektiv liderlik və komanda idarəetmə bacarığı;
  • Satınalma büdcələrinin planlaşdırılması və idarə olunması sahəsində biliklər;
  • Xərclərin effektiv şəkildə izlənməsi və qənaət imkanlarının müəyyən edilməsi;
  • Şirkətin digər departamentləri, təchizatçılar və tərəfdaşlarla effektiv əməkdaşlıq qurmaq bacarığı;
  • EtikYerli və beynəlxalq təchizatçılarla işləmək üçün tələb oluna biləcək xarici dillərdə (məsələn, ingilis dili) səlis danışıq qabiliyyəti tədarük proseslərinə riayət etmək və uyğunluğun təmin edilməsi bacarığı.


Oxşar vakansiyalar