Bakı,
Azərbaycan
11.10.24
-
11.11.24
İş haqqında məlumat
- Satış fəaliyyətinin bütün aspektlərini, o cümlədən ilkin sorğuların alınması, potensial müştəri məlumatlarının, təkliflərin, yazışmaların və müqavilələrin vaxtında hazırlanması, gözləyən rezervasiya və s. kimi məsələlərin; əlaqələndirilməsinə və həll edilməsinə köməklik etmək;
- Təklif və müqavilələri tələb olunduğu şəkildə hazırlamaq;
- Lazım olduğu təqdirdə müştərilərlə əlaqə saxlamaq;
- Müqavilələrin vaxtında qarşı tərəfə qaytarılmasına nəzarət;
- Bütün reklam-informasiya materiallarının dəqiq hesabatını aparmaq;
- Gəlir axınlarını əhatə edən xüsusi marketinq təşəbbüslərini əlaqələndirmək;
- Şirkət əməkdaşlarına və qonaqlara nəzakətli şəkildə kömək etmək və düzgün koordinasiyanı təmin etmək;
- Həftəlik şöbənin iclaslarında, gündəlik görüşlərdə və təlimlərdə iştirak etmək;
- İş prosesində hər hansı bir texniki problem və lazımi ehtiyaclar barədə dərhal birbaşa rəhbərə məlumat vermək;
- Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
- Şöbənin digər əməkdaşlarının işinə köməklik etmək;
- Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
- Həm Satış şöbəsi daxilindəki həmkarlarla, həm də digər şöbələrin əməkdaşları ilə sıx əməkdaşlıq münasibətləri qurmaq;
- 1C proqramında işləmək, sistemə aylıq davamiyyət cədvəlini əlavə etmək;
- Satış və marketinq komandası ilə daxili koordinasiyaya cavabdeh olmaq;
- Satış şöbəsinə aid olan bütün sənədlərin (müqavilələr, otaq siyahıları, təkliflər vəs) dəqiq və vaxtında hazırlanmasını təmin etmək;
- Görüşləri, tədbirləri təşkil etmək və əlaqələndirmək;
- Görüşlərin protokollarını hazırlamaq;
- Özünün və həmkarının etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan; sənədləşməsini hazırlamaq.
Tələblər
- Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır);
- Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir);
- Opera PMS Software, Microsoft Windows kompüter proqramlarını bilmək;
- Səlis Azərbaycan,İngilis,Rus dili;
- Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
- Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
- Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
- Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
- Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək;;
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
- Dinamik, öyrənməyə həvəsli olmaq;
- Yaxşı satış və təqdimat bacarığı olmaq;
- Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq.
Satış
Turizm
Elanın müddəti bitmişdir