Goranboy,
Azərbaycan
31.10.23
-
30.11.23
İş haqqında məlumat
- Layihənin icra planına uyğun olaraq, öhdəliyə götürülmüş tikinti-inşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş texniki, keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
- Layihədə iştirak edən subpodratçılarla effektiv əlaqənin saxlanması, onların işinin istiqamətləndirilməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
- Layihə üzrə davamlı hesabatlılığın həyata keçirilməsi, layihə mərhələləri və müddəti üzrə inkişafa dair, həmçinin növbəti həftə üzrə qərarlar və planlar barədə ardıcıl olaraq həftəlik hesabatların təqdim edilməsi;
- Texniki çətinliklər daxil olmaqla, mürəkkəb məsələlərin həllinə dair təkliflər irəli sürmək və onları həyata keçirmək;
- Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi və sona çatdırılmasına dair məsuliyyət daşımaq;
- Layihəyə cəlb olunmuş İnsan Resursları, texniki resurslar, sənədləşmələr haqqında mütəmadi statistic məlumatların toplanılması, işlənilməsi, təhlil edilməsi və aylıq olaraq təhvil verilməsi;
- Əməkdaşların əmək funksiyalarını tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması və ya bu barədə baş ofisə sorğu verməli;
- İşçilərin iş qrafiklərinə nəzarət;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahədə 10 il;
- Kompüter bacarıqları: MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Layihələşdirmənin metodlarını bilməlidir;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
- Kollektivi idarəetmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqların aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
- Liderlik qabiliyyətləri, yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
- Yüksək təşkilatçılıq bacarığı;
- Problemləri həll etmək bacarığına malik olmaq;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Vəzifəsi üzrə əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir.
İnşaat və tikinti
Tikinti və təmir