Bakı,
Azərbaycan
16.08.23
-
15.09.23
İş haqqında məlumat
- Layihənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsi, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir;
- İş icraçıları üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etməklə onların yerinə yetirilməsinə nəzarət edir;
- Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
- Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır,onların işlərini təşkil edərək nəzarət edir;
- Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir;
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir.
Tələblər
- Yaş: 35-55;
- Təhsil: Ali (sənaye və mülki tikinti ixtisası üzrə);
- Təcrübə: Müvafiq vəzifə üzrə azı 5 il;
- Kompüter bacarıqları: MS Office və Autocad proqramında işləmə bacarığı;
- Ezamiyyələrə hazır olmalı;
- Komandada işləmə və yüksək idarəetmə bacarığı;
- Məsuliyyət və punktuallıq;
- Tikinti sahəsində müasir texnoloji metodların tətbiqi üsullarını;
- Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilən obyektlərin layihə-smeta sənədlərini;
- Tikinti-quraşdırma işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri;
- İcra olunan işlər üzrə vahid norma və qiymətləri, əmək haqqının ödənilməsinə aid əsasnamələri;
- Obyektdə daxili təmir işlərinin norma və tətbiqi üsullarını;
- İstehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
İnzibati, Biznes, İdarəetmə
Mühəndislik