AZCD Group QSC

Sahə rəisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
10.03.23 - 09.04.23

İş haqqında məlumat

  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcə də tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
  • İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri həyata keçirmək və əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
  • İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər vermək və onların səmərəli istifadəsini təmin etmək;
  • İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin etmək, icra üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq, üstü örtülü işlərə aid aktları tərtib etmək və texniki icra sənədlərini hazırlamaq;
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
  • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;
  • Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, fəhlələrin ixtisas artırmasını təşkil etmək.

Tələblər

  • Yaş: 30-50;
  • Təhsil: İnşaat sahəsində təhsil arzu olunandır;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 3il;
  • Autocad üzrə bilik.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar