Terrastruc MMC

Sahə rəisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
15.11.23 - 15.12.23

İş haqqında məlumat

  • Layihənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir;
  • Müəyyən edilmiş vaxt ərzində obyektin verilməsi planını və tikinti quraşdırma işlərinin kəmiyyət, keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir;
  • İş icraçıları üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etməklə onların yerinə yetirilməsinə nəzarət edir;
  • Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, müqavilə şərtlərinə görə işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsini tələb edir, onlardan görülmüş işi təhvil alır;
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edərək müvafiq şöbəyə təqdim edir;
  • Tabeliyində olan işçilər arasında iş bölgüsünü aparır, onların işlərini təşkil edərək nəzarət edir;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarını vaxtında müəyyən edir və zəruri tikinti materiallarının siyahısını təchizat şöbəsinə yönləndirir;
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi yoxlamalar aparmaqla sifarişin düzgün verilməsini izləyir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Bakı şəhəri, Nardaran ərazisi.

Tələblər

  • Yaş: 35-55;
  • Təhsil: Ali (Sənaye və mülki tikinti ixtisası üzrə);
  • Təcrübə: Müvafiq vəzifə üzrə azı 5 il;
  • Kompüter bacarıqları: MS Office və Autocad proqramında işləmə bacarığı;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq.


Oxşar vakansiyalar